2009 FİFA Konfederasiyalar Kuboku Finalı — 2009-ci il FİFA Konfederasiyalar Kubokunun qalibini müəyyənləşdirmək üçün keçirilmiş futbol matçı idi. Matç 2009-cü ilin 28 iyun tarixində, CAR-ın Yohannesburq şəhərində yerləşən Ellis Park stadionunda, Braziliya və ABŞ milli komandaları arasında keçirildi. Matçın ilk hissəsində ABŞ millisi 2-0 hesabı ilə irəlidə olsa da moyunun bitməsinə 6 dəqiqə qalmış Lusionun qolu ilə yekunda Braziliya millisi 2-3 hesabı ilə qələbə qazandı.

İlk dəfə kişilərdən ibarət ABŞ milli futbol komandası FİFA-nın keçirdiyi yarışın finalına vəsiqə qazanırdı. Braziliya yığması isə dördüncü dəfə Konfederasiyalar Kubokunun finalına vəsiqə qazanırdı (1997, 1999 və 2005-ci ildən sonra).

Matçdan öncə FİFA 2003 FİFA Konfederasiyalar Kuboku Finalı matçında oyun zamanı həyatını itirmiş Kamerun millisinin yarımüdafiəçisi, Mark Vivyen Foenin adını şərəfləndirdi. Üstəlik onun 3 övladından biri olan Mark-Skot, atasının xatirinə xatirə ismarıcı oxudu.

Finala gedən yol ABŞMərhələBraziliyaRəqibNəticəQrup mərhələsiRəqibNəticə 1-3Matç 1 4-3 0-3Matç 2 3-0 3-0Matç 3 3-0B qrupu |}Son nəticə A qrupu |}RəqibNəticəSeçmə mərhələRəqibNəticə 2-0Yarımfinal1-0

Oyunun nəticələri

Q 1 Julio Sezar M 2 Maykon M 3 Lusio (k) M 14 Luisao M 16 Andre Santos Y 8 Cilberto Y 5 Felipe Melo Y 18 Ramires Y 10 Kaka Y 11 Robinyo H 9 Luis Fabiano Əvəzetmələr: M 13 Daniel Alves Y 7 Elano Baş məşqçi: Dunqa300px Q 1 Tim Houvard M 21 Conatan Spektor M 5 Oquçi Onyevu M 15 Cey Demerit M 3 Karlos Bokaneqra (k) Y 13 Rikdardo Klark Y 22 Benni Feylhaber Y 8 Klint Dempsi Y 10 Landon Donavan Y 17 Jozi Altidor H 9 Çarli Deyvis Əvəzetmələr: Y 2 Conatan Bornstein H 16 Saşa Kleştan H 4 Konor Keysi Baş məşqçi: Bob Bredli

Oyunun adamı: Kaka (Braziliya) Hakimin köməkçiləri: Henrik Andren (İsveç) Fredrik Nilson(İsveç) Dördüncü hakim: Benito Arçundia (Meksika) Beşinci hakim: Hektor Verqara (Kanada)

İstinadlar

Kateqoriya:FİFA Konfederasiyalar Kuboku futbolçuları Kateqoriya:FİFA Konfederasiyalar Kuboku