Hannes Halldorsson () — İslandiyalı kinorejissor, Qarabağ Futbol Klubunda keçmişdə və İslandiya millisində çıxış edən professional qapıçıdır.

Klub karyerası

İslandiyada Hannes İslandiyada Leyknir Reykyavik, Afturelding, Styarnan, Fram və KR Reykyavik klublarında çıxış edib.

Avropada 28 mart 2012-ci ildə Norveç klubu olan Brannın heyətində icarə əsasında qısamüddətli iştirak etdi.

2013-cü ilin dekabrında Hannes Xorvatiya millisi ilə oynanacaq Dünya Kuboku play-off mərhələsinə hazırlaşmaq məqsədilə Sandnes Ulf klubunda çıxış etməyə başladı.

6 iyul 2015-ci ildə Hollandiya klubu N. E. K ictimaiyyətə Hanneslə 2 illik müqavilə imzalandığını elan etdi.

3 iyul 2018-ci ildə Halldorsson Qarabağla iki illik müqavilə imzaladı. "Qarabağ"la iki illik müqavilə bağlayıb. O, cari mövsümdə cəmi 8 oyunda (4 Premyer Liqa, 4 avrokubok) meydanda olub. Təcrübəli qapıçı mövsüm başa çatmamış 2019-cu ildə Ağdam təmsilçisi ilə yollarını ayırıb. Hannes Halldorsson karyerasını "Valur" klubunda davam etdirəcək. Onunla 2022-ci ilədək müqavilə bağlanılıb. Sözləşməyə əsəsən, Halldorsson klubun aşağı yaş qrupları üzrə komandalarında qapıçılar üzrə məşqçi kimi də fəaliyyət göstərəcək.

Beynəlxalq karyerası thumb|left|Hannes Halldorsson 2018 FİFA Dünya Kubokunda penaltini dəf edir. Hannes millidə debütünü 2011-ci ildə etdi. Millidə 2014 FİFA Dünya Kubokunun təsnifat mərhələsində gözəl çıxışından sonra komandanın əsas qapıçısı hesab edilməyə başlandı.

Hannes milliylə ilk böyük turnirinə 2016-cı ildə, UEFA AVRO 2016 çərçivəsində çıxdı. O, Avropa Çempionatında ilk dəfə F qrupundakı Macarıstan millisi ilə oynanılan oyunda iştirak etdi.

2018-ci ilin mayında Hannes İslandiyanın 23 nəfərlik yekun heyətinə seçildi.16 iyun 2018-ci ildə isə Hannes Argentina millisi ilə oyunda Lionel Messinin penaltisini dəf edir.1–1 hesabı ilə yekunlaşan matçda Hannes oyunun adamı seçildi.

Karyera statistikası

Millidə İslandiyaİlOyunlarQollar2011102012802013902014702015602016100201770201840Toplam520

Şəxsi həyatı Hannes futbol oynamadığı vaxtlar rejissor olaraq müxtəlif işlər görmüşdür. O, İslandiyanın 2012 Avroviziya Mahnı Müsabiqəsində tanıtım videosunu çəkmişdir. Sagafilm şirkəti ona futbolçuluq karyerasını bitirdikdən sonra rejissorluq işi təklif edəcəyi barədə söz verib.

Hannes Coca Cola-nın 2018 FİFA Dünya Kuboku üçün ərsəyə gətirdiyi reklam videosuna rejissorluq etdi.

İstinadlar

Xarici keçidlər

Kateqoriya:Qarabağ FK futbolçuları Kateqoriya:Azərbaycanda legioner futbolçular Kateqoriya:Erediviziya futbolçuları Kateqoriya:İslandiya futbolçuları Kateqoriya:UEFA Avro 2016 futbolçuları Kateqoriya:2018 FİFA Dünya Kuboku futbolçuları Kateqoriya:Niderlandda legioner futbolçular Kateqoriya:Azərbaycandakı əcnəbi kişi futbolçular Kateqoriya:Azərbaycan Premyer Liqası futbolçuları Kateqoriya:Kişi futbol qapıçıları