Alfred Stiqlitz (; ) — foto sənətinin müstəqil bir sənət kimi təsdiqinə böyük töhfə verən və onun estetikasının formalaşmasına təsir göstərən Amerika fotoqrafı.
Bioqrafiya thumb|180px|Fletayron bildinq, 1903
Manhettendə böyüyüb. 1881-ci ildə alman-yəhudi əsilli atası ailəsi ilə birlikdə Almaniyaya qayıtdıqdan sonra Alfred Berlin Texniki Universitetində təhsil almış, fotoqrafiya ilə maraqlanaraq Avropada səyahət etmişdir. ABŞ-yə qayıtdıqdan sonra fotoqrafiya sənətinə həsr olunmuş jurnallar nəşr etdirmişdir. 1902-ci ildə Nyu-York Milli İncəsənət Klubunda böyük uğur qazanan fotoşəkillər sərgisi təşkil etmişdir. Onun əsərləri ABŞ-nin aparıcı muzeylərinin kolleksiyalarına daxil edilmiş və rəssamların əsərləri ilə yanaşı nümayiş etdirilən ilk fotoqraflardan biri olmuşdur.
Edvard Steyhen, Klarens Vayt və Elvin Leqdonun da daxil olduğu "Photo-Secession" qrupunu yaratmış və ona rəhbərlik etmişdir. 1905–1917-ci illərdə 5-ci prospektdə yerləşən 291 qalereyasının direktoru olmuşdur. Burada Pol Sezan, Anri Matiss, Pablo Pikasso, Marsel Düşan və digər Avropa avanqard sənətçilərinin əsərlərini Amerika ictimaiyyətinə təqdim etmişdir. Britannika Ensiklopediyasının qeyd etdiyi kimi, Stiqlitz ABŞ-ni XX əsrin beynəlxalq sənət dünyasına yaxınlaşdıran əsas şəxslərdən biri olmuşdur.
1907-ci ildə çəkdiyi "The Steerage" fotoşəkili erkən fotoqrafik modernizmin ən məşhur və əhəmiyyətli əsərlərindən biri hesab olunur. Bununla belə, onun yaradıcılığı və üslubu sonrakı nəsil fotoqrafları, o cümlədən Pol Strand və F/64 qrupunun nümayəndələri tərəfindən tənqid edilmişdir.
Stiqlitz 1916-cı ildə Corciya O'Kifi ilə tanış olmuş, 1924-cü ildə onunla evlənmişdir. O, O'Kifinin təxminən 300 fotoşəklini çəkmişdir. Həmçinin Ansel Adams ilə dostluq və əməkdaşlıq etmişdir.
Mənbə http://data.bnf.fr/ark:/12148/cb119255674 https://tools.wmflabs.org/wikidata-externalid-url/?p=345&url_prefix=https://www.imdb.com/&id=nm1066636 http://explore.rkd.nl/en/explore/artists/96775 http://d-nb.info/gnd/118798847/ http://bigenc.ru/text/4166444 http://www.britannica.com/eb/article-9069689/Alfred-Stieglitz
İstinadlar
Xarici keçidlər American Masters. Alfred Stieglitz Fotoqrafiya ustaları səhifəsi Online şəkillər Corc O'Keeff fotoşəkilləri, Stiqlitz işləri Bədii fotoqrafiya klassikası Alfred Stiqlitz
Kateqoriya:Əlifba sırasına görə şəxslər Kateqoriya:ABŞ fotoqrafları Kateqoriya:Küçə fotoqrafları Kateqoriya:Nyu-York şəxsləri Kateqoriya:XX əsr fotoqrafları