Enes Batur: xəyalmı gerçəkmi? — Rejissor Kamil Çətinin, Enes Batur, Ənvər Sülük və Büşra Nur Qaraxanın ssenarisi əsasında 2018-ci ildə ekranlaşdırdığı komediya filmi. Film 11 həftə kinoteatrlarda nümayişdə olmuş, 1,4 milyon nəfər tərəfindən izlənilmiş və bu müddət ərzində 17 milyon Türk lirəsi əldə etmişdir. Film bir uşağın özünü inkişaf etdirərək dünya ulduzu olmasından bəhs edir. Bu inkişafda onun xarakter dəyişiklikləri, etdiyi seçimlər və psixologiyası əsas yer tutur. Saf xarakter dünya ulduzu olduqdan sonra bu yaxşı xüsusiyyətlərini itirir.
Məzmun Personajın adı Enes Baturdur. Enesin atası polis, anası tibb bacısı olduğundan o, davamlı tənha qalır. Ailəsi tərəfindən sevgi görmədiyindən özünə qapalı uşaqdır. Atası o, altı yaşında olarkən ona kompüter alır və filmin əsas hissəsi buradan başlayır. Məktəb illərində digər uşaqlarla müqayisədə daha çox sızanağı vardır və uşaqlar onu sevmir. Bu vəziyyətdə o uşaqlıqdan xəyal qurmuşdur. O hər kəs tərəfindən sevilən insan olmaq istəmişdir.
Atası bu işin ona keçici olduğunu deyər və onu universitet imtahanlarına hazırlaşdırır. Ətrafında olan hər kəs ona universitetə qəbul olmağın daha uğurlu olacağını deyər. Enesin böyük seçim etməsi vacibdir. Ya xəyallarına qoşulub Youtuber olacaq ya da universitet imtahanlarına hazırlaşacaq...
Filmin üzərində işləyənlər Rejissor: Kamil Çətin Ssenarist: Enes Batur, Ənvər Sülük, Büşra Nur Qaraxan Operator: Əli Əkiçi, Qədir Qaya Prodüser: Ərdəm QaraxanRəssam: Cenk Erol
Rollarda Enes Batur Uras Bənlioğlu Baturay Anar Başaq Qaraxan Ceyda Düvənçi Bəkir Ağsoy Kərəm Fırtına Reynmen (Yusuf Aktaş)
İstinadlar
Xarici keçidlər