Aoşima () — Yaponiyanın cənubunda Ehime prefekturasında yerləşən kiçik ada. Şikoku adasından 13 km şimalda yerləşir. 20-ci əsrin 40–50-ci illərində adada sayı 900 olan balıqçı qəsəbəsi vardı. 2015-ci il məlumatına görə isə adada cəmi 22 nəfəfərdir. Adada 120 pişik yaşayırШесть кошек на человека: животные захватили японский остров на сайте vesti.ru, 4 марта 2015. Pişiklər buraya İkinci Dünya müharibəsi vaxtı siçanlarla mübarizə məqsədilə gətirilmişdir. Bu gün artıq adada siçan qalmamışdır, pişiklər animator rolunu oynayır, turistləri əyləndirirlər. Hazırda bəzən Pişik adası olaraq belə adlandırılır.

İstinadlar

Kateqoriya:Ehime prefekturasının adaları Kateqoriya:Yaponiyada pişiklər Kateqoriya:Daxili Yapon dənizinin adaları