– Yaponiya yazıçısı.

Həyatı Atsuşi Nakacima Yaponiyanın paytaxtı Tokio şəhərində 5 may 1909-cu ildə anadan olmuşdur. Atası klassik Çin dilində ixtisaslaşmış mütəxəssis idi və həvəsini oğluna da ötürmüşdü. Nakacima uzaq tarixdə baş verən poetik qısa hekayələrə görə tanınır.

Nakacima 1941-ci ildə yapon dili müəllimi kimi Palauya göndərilmiş, lakin şiddətli bronxial astmadan əziyyət çəkdiyi üçün 1942-ci ildə Yaponiyaya dönmüşdür. 4 dekabr 1942-ci ildə pnevmoniyadan vəfat etmişdir. Əsas əsərləri Robert Stevensonun həyatından bəhs edən "İşıq, külək və arzular" romanı və Mikroneziya haqqında mübahisəli qısa hekayələrdir. Qısa hekayələrindən ibarət olan "Dağlar üzərində ay" əsəri Pol Makkarti və Nobuko Oçner tərəfindən ingilis dilinə tərcümə edilmişdir.

Həmçinin bax Yaponiya ədəbiyyatı

İstinadlar

Xarici keçidlər J'Lit | Müəlliflər : Atsuşi Nakacima | Yaponiyadan kitablar

Kateqoriya:Tokio Universitetinin məzunları Kateqoriya:Yaponiyada ağciyər iltihabından vəfat edənlər Kateqoriya:Yaponiya yazıçıları Kateqoriya:Tokioda doğulanlar