Lvov — əsrlər boyu bölgənin elmi, mədəni və milli mərkəzi olmaqla Qərbi Ukraynanın ən böyük şəhəri. Qədim dövrlərdə Qalisiya-Volın dövlətinin paytaxtı, daha sonra isə Rusiya voyevodasının, Qalisiya və Lodomeriya krallığının inzibati mərkəzi olmuşdur. 1918-ci ildə Qərbi Ukrayna xalq respublikasının paytaxtı olmuşdur. Şəhər Polşa Respublikasının tərkibinə daxil olduqdan sonra, Lvov eyniadlı vilayətin mərkəzinə çevrildi. İkinci Dünya müharibəsində ilk növbədə sovet ordusu tərəfindən, sonra isə alman ordusu tərəfindən ələ keçirildi. Müharibədən sonrakı dövrdə Sovet İttifaqının tərkibinə qatıldı. 1991-ci ildən - müstəqil Ukraynanın Lvov vilayətinin inzibati mərkəzidir.
Lvovun inkişaf tarixinin bütün mərhələlərini nəzərə alaraq, şəhərin inkişafında öz ruhunu formalaşdıra Lvov memarlığında ən azı dörd növü görə bilərik: şəhərin əsas tonlarını müəyyən edən Rus memarlığı, böyük ticarət yolu şəhəri olan Renessans Lvovu, Sessesiya ( — tərk etmə; — tərk edirəm sözündən) — üç şəhərin (ukrayn, polyak və yəhudi) milli dirçəlişi və eləcə də Ukrayna və Polşanın milli müqavimətinin şəhəri.
Lviv multikultural irsi olan şəhəridir. Polyak,alman, yəhudi, erməni, avstriyalı, sonra rus və sovet təbəqələri, onun Bizans üslubu üzərində üstünlük təşkil etmiş,katolisizm, protestantlıq, əks-islahatçılıq, hasidizm, frankizm, sionizm məhz Avropa meylləri olan Lvov vasitəsilə Ukraynaya gəlibChris Hann, Paul R. Magocsi.(2005). Galicia: Multicultured Land. Toronto: Universityof toronto Press, pg. 193.
Şəhərin əsasının qoyulması Arxeoloji qazıntıların məlumatlarına əsasən, müasir Lvov və onun ən yaxın ətraflarının yerləşdiyi ərazilər qədim tayfalar tərəfindən hələ mezolit dövründə məskun edilmişdir. Lvov şəhərinin şimal-qərbində yerləşən şəhər tipli Brüxoviçi (pol. Brzuchowice) adlı qəsəbədə aşkar edilmiş bir neçə qədim yaşayış məntəqəsinin və mağaraların qalıqları, həmçinin Vorontsev-Starunya mədəniyyətinə aid olan çoxsaylı daş məmulatları (e.ə. VI-IV minilliklər) buna şahidlik edir. Qəsr dağında, eləcə də Lısovka, Jupanı və Vinniki şəhərinin yaxınlığında yerləşən Çertova skala yüksəkliklərində arxeoloqlar tərəfindən aşkar edilmiş əkinçi və maldar tayfalarının qəsəbələrinin arxeoloji izləri mis dövrünün sonlarına aid edilir (mis dövrünün yaşayış məskənlərində aşkar edilmiş artefaktları alimlər "çalavari qədəhlər" mədəniyyətinə aid edirlər). Hazırkı İvan Franko adına şəhər parkının ərazisində erkən tunc dövründə yaradılmış qədim kurqanın qalıqları saxlanılmaqdadır. thumb|Daniil Qalitski Müasir Lvovun ərazisində ən qədim daimi slavyan qəsəbələri Poltva çay vadisi və Znesenye təpələri arasında mövcud idi. Müasir Znesenye regional landşaft parkının ərazisində, daha doğrusu İlan dağının zirvəsində, VII—X əsrlər arasında Svyatovit tanrısının bütpərəst məbədi mövcud olmuşdur (xalq arasında bu cür məbədlər kápişşe (ukr. Капище) adlandırılırdı), onun ətrafında isə böyük şəhərin əsası qoyulmuşdur (günümüzdə həmin yer "Svyatovit sahəsi" olaraq tanınır). Qonşuluqdakı Baba dağında ("Doğuş dağı" olaraq da tanınır) da təxminən həmin dövrə aid edilən daha bir kapişşe və yaşayış məskəninin qalıqları aşkar edilmişdir. Arxeoloqlar tərəfindən təyin edilmişdir ki, X əsrdə həmin yaşayış məskəni öz yerini Qəsr dağının qərb yamacına doğru dəyişmiş, köhnə qəsəbənin çox hissəsi isə dağıdılmışdır. Bundan sonra həmin yaşayış məntəqəsi Znesenye (ukr. Знесіння) adlanmağa başlamışdır və bu ad, slavyan mənşəli ən qədim Lvov toponimlərinən biri hesab edilir.
1992-ci ildə müasir "Dobrobut" adlı bazarın yerləşdiyi ərazidə (keçmiş Krakovskoye adlı şəhər kənarı, hazırda isə - knyaz Yaroslav Osmomısl meydanı) aparılan qazıntı işləri zamanı Frakiya-Hallştatt (e.ə. I minilliyin ortaları), Çernyaxov (IV əsr), Praqa (VI əsr) və Luka-Raykovets (VIII-IX əsrlər) mədəniyyətlərinin izləri tapılmışdır. Hallştatt mədəniyətinə aid edilən daha bir qədim yaşayış məntəqəsinin qalıqları isə, 1986-cı ildə Teatralna küçəsində və 1987-ci ildə İvan Podkova meydanında aşkar edilmişdir.
Şəhərin əsası XIII əsrin ortalarında Rusiya çarı Daniil Romanoviç Qalitski tərəfindən qurulmuşdur. Ən geniş yayılmış versiyalardan birinə görə, şəhərin adını Daniel Qalitskinin oğlu Levin şərəfinə Lvov adlandırmışdır.
1253—1349: Qalisiya-Volın knyazlığı: Qızıl Orda ilə mübarizə right|425x425px 1253-cü ildə Daniil I Romanoviç Rusiyanın kralı oldu və Qızıl Ordadan vassal asılılığının dayandırıldığını elan etdi. Daniel hər yerdə qalalar qururdu, onlardan biri Lvov idi. Onun paytaxtı Polşa sərhədində, Qalisiya-Volın əyalətinin qərbində, Xolmda idi. Qalisiya "Rus" adı ilə möhkəmləndirildi. "Kiçik" şahzadə Volın taxtına sahib oldu.
Lvovun şəhər qismində yazılı mənbələrdə ilk dəfə yada salınması Qalitsiya-Volın (Haliç) salnaməsində rast gəlinir; məhz həmin salnamə 1256-cı ilin payızında Xolm (daha sonralar Xelm olaraq adlandırılan) şəhərində baş vermiş böyük yanğını və bu hadisənin Lvova olan təsiri haqqında geniş izahat verirJózef Skrzypek, Studia nad pierwotnym pograniczem polsko-ruskim w rejonie Wołynia i Grodów Czerwieńskich, PWN, Warszawa 1962. Qalitsiya knyazı Daniil Romanoviç Lvov şəhərinin əfsanəvi banisi hesab edilir; deyilənə görə, şəhər öz müasir adını knyazın oğlu Lev Daniloviçin şərəfinə əldə etmişdirKlaniczay, Gábor (2002). Holy Rulers and Blessed Princes: Dynastic Cults in Medieval Central Europe; Seite 123, Cambridge University Press.ISBN 0-521-42018-0.. Bununla belə, o dövrün heç bir yazılı mənbəsi belə iddia üçün ciddi əsaslar vermir. Ukraynalı tarixçi alim Leontiy Voynoviç Belarus-Litva salnamələri və XVI-XVIII əsrlərdə yaşayıb yaratmış müəlliflərin əsərləri əsasında iddia edir ki, şəhərin əsası Lev Daniloviç tərəfindən qoyulmuşdur. Şəhər Lev Daniloviçə məxsus olan Peremışl torpağının və Belz knyazlığının sərhədində yerləşirdiЛев Данилович: «князь думен и хоробор на рати» чи «безчесний князь»? / Л. Войтович // Україна в Центрально-Східній Європі: Зб. наук. пр. — К.: Інститут історії України НАН України, 2013. — Вип. 12-13. — С. 148-189.. Başqa bir tarixçi alim Yaroslav İsayeviç hesab edir ki, knyaz Daniil Romanoviç şəhərdə aparılan tikinti-quruculuq işlərinə rəhbərlik edir, onun oğlu Lev Daniloviç isə birbaşa işlərin aparıldığı sahəyə nəzarət edirdi. Voytoviç həmçinin qeyd edir ki, 1245-ci ildə San çayının sahilində yerləşən Yaroslav şəhərinin ətrafında baş vermiş döyüş zamanı Lev Daniloviç artıq əlahiddə bir alaya komandirlik edir və nəticə etibarı ilə şəxsi xanədanlıq mərkəzinə sahib olur və bu səbəbdən də atasının birbaşa icazəsi olmadan xanədanlığının ərazisində istənilən şəhərin əsasını qoymaq səlahiyyətinə malik olurВойтович Л. Король Данило Романович: політик і полководець // Доба короля Данила в науці, мистецтві, літературі. — Львів, 2008. — С.22–97..
Bununla belə, şəhər faktiki olaraq salnamələrdəki yadasalmalardan daha öncəki dövrlərdə də mövcud olmuşdur. 1980-ci illərin başlanğıcında şəhər arsenalının qərb divarı ətrafında həyata keçirilən restavrasiya və sanasiya işləri zamanı ehtimal ki, 1213-cü ildə hazırlanmış palıd konstruksiyalarının qalıqları üzə çıxarılmışdır. Bir çox müasir tarixşünas alimlər tərəfindən, Lvov şəhərinin, qərbi Rus torpaqlarına monqol-tatar ordusunun birinci basqınından dərhal sonra (yəni 1239-cu ildə), qarət edilmiş dövlətin təsərrüfat fəaliyyətini stimullaşdırmaq üçün və yaxud knyaz oğlu Levin macar kralı IV Belanın qızı Konstansa ilə sülalə nikahının (1247) şərəfinə yaradıldığı ehtimal edilir.
1259-cu ildə (digər məlumatlara görə — 1261-ci ildə) monqol ordusunun ali tümənbaşısı olmuş Burunday, istila təhdidi altında knyaz Daniili və oğlu Levi Qəsr (və ya Knyaz) dağının zirvəsində ucaldılmış taxta qəsri dağıtmağa məcbur edir. Knyaz qəsrinin məhz həmin dağın zirvəsində yerləşməsi haqqında olan hipotez ilk dəfə olaraq arxeoloq və tarixçi Anton Petruşeviç tərəfindən irəli sürülmüşdür. Başqa bir tarixçi alim Aleksandr Çolovskinin mülahizələrinə əsasən, "Lvov detinetsi" qonşu dağların birisində yerləşirdi, Qəsr dağında isə ancaq müşahidə qülləsi ucalırdı. Tarixçi İsidor Şaraneviçin versiyasına görə, Daniil Qalitskinin hakimiyyət dövründə mövcud olmuş Lvov şəhəri hazırkı Znesenye parkının ərazisində yerləşirdi, 1261-ci ildən sonra isə knyaz Lev tərəfindən hazırkı Starıy Rınok (Köhnə Bazar) meydanının olduğu əraziyə köçürülmüşdür. Qəsr istehkamları Knyaz dağının aşağı terraslarını əhatə edirdi və Köhnə Bazar, Müqəddəs Nikolay kilsəsi, Müqəddəs Onufriy, Cümə gününün Müqəddəs Paraskevası kilsəsi və Pidzamçe rayonu (keçmişdə həmin rayon Rozenberq adlanırdı) boyunca davam edirdi.
Bəzi mənbələrə ("Macarıstanlı Müqəddəs Kuniqundanın Həyatı", Litva salnamələri, Qərbi Avropa və erməni mənbələri) əsasən, 1270-1280-ci illər arasında Lvov Qalitsiya-Volın knyazlığının paytaxtı statusuna malik idi, buna həmçinin Lvov gerbinin ümumdövlət simvolu kimi istifadə olunması şahidlik edir. Bu dövrdə Lvov qəsri yenidən qurulmuşdur və 1288-ci ilin yanvar ayında Qızıl Orda xanı Tula-Buqanın həyata keçirdiyi mühasirə əməliyyatına davam gətirmişdir. Qızıl Orda bəylərbəyi olmuş Noğay xanın və Volın knyazı Mstislav Daniloviçin birgə rəhbərliyi altında formalaşdırılmış monqol qoşunları şəhər qəsrinə hücum etməkdən son anda imtina edir və bunun əvəzinə Lvovun ətrafında yerləşən bütün kiçik kəndləri talan edirlər. 1974-cü ildə həyata keçirilən daha bir genişmiqyaslı arxeoloji qazıntılar zamanı dairəvi qüllənin bünəvrə izləri, həmçinin üz tərəfindən daşlarla bərkidilmiş, yuxarıdan isə çəpərlənmiş divarların və torpaq səngərlərinin qalıqları aşkar edilmişdir.
XIII əsrin sonunda və XIV əsrinin birinci yarısında Lvov Qalitsiya-Volın knyazlığının ən böyük şəhərlərindən biri idi. Şəhərin müstəqil olmağı, şəhər gerbinin mövcudluğu ilə sübut edilirdi (qalxan üzərində təsvir olunmuş şir); bundan başqa, Yüksək qəsrdə knyaz xəzinəsi və arsenalı saxlanılırdı. Knyaz Lev Daniloviç və onun taxt varisi I Yuri Lvoviç indiki Dominikan kilsəsinin yerləşdiyi ərazidə bir zamanlar mövcud olmuş saray kompleksində məskunlaşmışdılar (həmin saray ilə Aşağı qəsr, daha sonralar Erməni küçəsinə çevrilmiş geniş bir yol vasitəsilə birləşdirilmişdirlər). Sarayın ətrafında Qərbi Avropa şəhərlərinin nümunələri üzrə yeni qəsəbənin əsası qoyulmuş və həmin yeni qəsəbəyə Pidzamçe rayonundan rusinlər, almanlar, ermənilər və tatarlar tədricən köçməyə başlamışdılar.
1340-cı ilin aprelində sui-qəsdçilər knyaz II Yuri Boleslavı zəhərləyirlər və bu akt Lvov sakinləri arasında ciddi təlatümlərə səbəb olur. Knyazın ölümündən bir müddət sonra Qalitsiya boyarları, ilk növbədə knyazın şəxsi dəstəyindən və təqdim olunmuş böyük imtiyazlardan istifadə edən katolik almanlara və digər xarici tacirlərə qarşı xalq qəzəbini yönəltmək qərarını alırlar. Şəhər sakinləri arasında baş vermiş kütləvi çaxnaşmadan Polşa kralı III Kazimir öz xeyrinə yararlanmağa çalışır və bu Qalitsiya-Volın mirası üzərində bir tərəfdən Polşa və Macarıstan, digər tərəfdən isə litvalılar, rusinlər və monqol-tatarlar arasında müharibənin baş verməsinə səbəb olur.
1340-cı ilin aprel ayının sonunda kral III Kazimirin ordusu macarların dəstəyi ilə Lvov şəhərini işğal edir; onlar knyaz xəzinəsini, o cümlədən hakimiyyət reqaliyalarını (tac, taxt və tacqoyma plaşı) qarət edir, şəhər istehkamlarını yandırır və təntənəli şəkildə Krakova geri qayıdırlar. 1340-cı ilin iyun ayında daha da böyük polyak ordusu Lvov şəhərinə doğru ikinci yürüş edir, ancaq Qalitsiya voyevodası Dmitri Detko (Dedko) sakinlərin müqavimət hərəkatına rəhbərlik edərək və tatarların köməyindən yararlanaraq polyak ordusunu geri çəkilməyə məcbur edirCzołowski A. Wysoki zamek . — Lwów : Towarzystwo Miłośników Przeszłości Lwowa, Drukarnia Ludowa, 1910. — S. 21. . Litva knyazı Lübart Gediminoviçin və Qızıl Orda canişinlərinin dəstəyindən istifadə edərək, Detko faktiki olaraq Lvov şəhərinin başçısı və Rus torpaqlarının yüzbaşısı vəzifələrini icra etməyə başlayır (Qalitsiya boyarları formal olaraq pravoslavlığı qəbul etmiş knyaz Lübartı dəstəkləyirdilər).
1349—1387: Rus knyazlığı: Polşa və Macarıstan ilə mübarizə right|thumb|200x200px|İlk Lvov ratuşası