Gəlinlərin qiyamı (; ; ) — 1985-ci ildə Səid Əhmədin eyniadlı pyesi əsasında Melis Abzalovun rejissorluğu ilə çəkilmiş bədii film. Film "Özbəkfilm" kinostudiyasında istehsal olunub. Özbəkistan kinosunun ən uğurlu işlərindən biri hesab olunur.
Məzmun Filmin baş qəhrəmanı qoca Farmon bibi böyük bir ailəyə başçılıq edir. O, vicdanlı və müdrik qadın, qayğıkeş anadır. Lakin hər bir işdə olduqca ciddi və mühafizəkardır. Onun qırx bir nəvəsi var. Kiçik oğlu yenicə Nigarə adlı bir qızla ailə qurub. Nigarə bütün ailə qanunlarının və Farmon bibinin istibdadının əleyhinə çıxır və digər gəlinləri də bu qiyam üçün öz ətrafına yığmağa çalışır.
Filmin heyəti
Film üzərində işləyənlər Əsərin müəllifi: Səid Əhməd Ssenari müəllifi: Eduard Akopov Quruluşçu rejissor: Melis Abzalov Quruluşçu operator: Nəcim Qulamov Quruluşçu rəssam: Emanuel Kələntərov Bəstəkar: Mirxəlil Mahmudov Səs operatoru: A.Kurmanov İkinci rejissor: M.Rəhmətov İkinci operator: U.Adilov Montaj edənlər: R.Xamrayeva, D.Muradova Qrim rəssamı: L.Dudnik Dekor rəssamı: R.Bayşev Geyim rəssamı: O.Mitiç-Veselova Quraşdırılmış səhnələrin operatoru: V.Zakirov Quraşdırılmış səhnələrin rəssamı: X.Rəşitov Rejissor assistentləri: O.Ubaydullayev, A.Bayramyan Operator assistentləri: M.Yusupov, M.Açilov Rəssam assistenti: M.Cabbarov Redaktor: F.Musacanov Musiqi redaktoru: Y.Paderina Çalır : Özbəkistan SSR Dövlət Televiziya və Radio Komitəsinin Orkestri Dirijor: E.Əzimov Fotoqraf: V.Svirenko İnzibatçılar: E.Yuldaşev, X.Saqatov Filmin direktoru: Şərif Qasımbayev
Rollarda Tursunoy Cəfərova — Farmon bibi Dilorom Eqamberdiyeva — Nigarə (Toxtanın arvadı) Dilbər İkramova — Sattı (Kamilin arvadı) Klara Cəlilova — Lütfi (mayor Əsgərin arvadı) Nailə Taşkenbayeva — Bəşarət (Orunbayın arvadı) Luiza Qasımova — Mamurun arvadı Rixsi İbrahimova — gəlin Gülçöhrə Saqdullayeva — gəlin Nəbi Rəhimov — usta Bəki dayı Dias Rəhmətov — Orunbay Abid Yunusov — mayor Əsgər Rəşid Malikov — Toxta Cəmşid Zakirov — həkim Soat Şəripov — Mamur Tişa Möminov — oğul Qaib İsgəndərov — oğul Məhəmmədcan Rəhimov — Abbas N.Pulatova Şirqazi Qazıyev — Mamurun dostu Husan Şəripov — Şəripov Elyar Nəsirov — Şəripovun köməkçisi E.Xociqulov
Azərbaycan dilinə dublyajı Film 1986-cı ildə "Azərbaycanfilm" kinostudiyasında Azərbaycan dilinə dublyaj edilmişdir.
Dublyajın rejissoru: Arif Həbibi Səs operatoru: Əziz Şeyxov Azərbaycan dilinə tərcümə: Eldəniz Quliyev Dublyajın redaktoru: Həsən Əliyev Filmi səsləndirənlər: Firəngiz Şərifova - Farmon bibi (Tursunoy Cəfərova) Əminə Yusifqızı, Mayya İsgəndərova, Nuriyyə Əhmədova, Rasim Balayev - Mayor Əsgər (Abid Yunusov) , Sadıq Hüseynov, Əliabbas Qədirov və başqaları.
İstinadlar
Xarici keçidlər «Бунт невесток» Афиша saytında «Бунт невесток» КМ saytında Filmi izlə (Azərbaycan dilində) Filmi izlə (rus dilində) Filmi izlə (özbək dilində)
Kateqoriya:SSRİ filmləri Kateqoriya:Özbəkcə filmlər Kateqoriya:Komediya filmləri Kateqoriya:Melis Abzalovun filmləri Kateqoriya:1985-ci ilin filmləri Kateqoriya:Tammetrajlı bədii filmlər Kateqoriya:1984-cü ilin SSRİ filmləri Kateqoriya:SSRİ-nin komediya filmləri