Körpəli — İrəvan quberniyasının Eçmiədzin qəzasında, indiki Üçkilsə (Eçmiədzin) rayonunda kənd.PDF versiyası. // Qərbi Azərbaycanın türk mənşəli toponimləri. Müəllifi: İ. M. Bayramov; Redaktorları: B. Ə. Budaqov, H. İ. Mirzəyev, S. A. Məmmədov. Bakı: "Elm" nəşriyyatı, 2002, 696 səh. ISBN 5-8066-1452-2 Ermənistan SSR Ali Sovetinin Rəyasət Heyətinin 3. I. 1935-ci il fərmanı ilə adı dəyişdirilib Arşaluys (; mənası – şəfəq) qoyulmuşdur.

Tarixi Rayon mərkəzindən 7-7,5 km qərbdə yerləşir. 1590-cı ildə tərtib edilmiş «İrəvan əyalətinin müfəssəl dəftəri»ndəİrəvan əyalətinin icmal dəftəri (araşdırma, tərcümə, qeyd və əlavələrin müəllifləri: Z.Bünyatov və H.Məmmədov (Qaramanlı), Bakı, «Elm», 1996. s.163, Qafqazın 5 verstlik xəritəsindəД. Д. Пагиревь. Алфавитный указатель кь пятиверстной картѣ Кавказскaго края, изданiя Кавказскaго Военно–Топографическaго Отдѣла. Записки Кавказскаго отдѣла Императорскаго Русскаго Географическаго общества. Книжка XXX. Тифлись: Типографія К. П. Козловскаго, 1913. s.130 qeyd edilmişdir.

Toponim körpəli tayfa adı əsasında formalaşmışdır. Etnotoponimdir. Quruluşca sadə toponimdir.

Əhalisi Kənd əhalisi 1828-ci ilə qədər azərbaycanlılardan ibarət idi. Türkmənçay müqaviləsindən sonra, 1828–1829-cu illərdə İranın Xoy şəhristanından buraya ermənilər köçürülüb yerləşdirilmişdirHakopyan T.X., MəlikBaxşyan St.T., Barseğyan O.X. Ermənistan və ətraf vilayətlərin toponimlər lüğəti, (erməni dilində). I c., AD, İrəvan, «İrəvan Universiteti», 1986. s.476. Kənd əhalisi hal-hazırda ermənilərdən ibarətdir.։

İl 1831 1897 1926 1939 1959 1970 1979 2001 2004 2008 Əhali sayı 419 1275 1216 1206 2102 2945 3032 4162 4200 4136

Tanınmışları Manvel Qriqoryan — keçmiş Ermənistan generalı, Qarabağ müharibəsi iştirakçısı, müharibə cinayətkarı, Ermənistan Milli Məclisinin deputatı.

İstinadlar

Kateqoriya:Gərnibasar kəndləri Kateqoriya:Armavir mərzinin yaşayış məntəqələri