I İlyas xəlifə – Səfəvilər dövlətinin və Qızılbaşlar məmləkətinin qurucularından biri

Haqqında

I İlyas xəlifə Sivas vilayətində anadan olmuşdu. Mükəmməl savad almışdı.

1500-ci ildə başçılıq etdiyi Toxmaqlı oymağı ilə gəlib I Şah İsmayıla qoşulmuşdu. Hələ şahlıq taxtına əyləşməmiş İsmayıl İlyas xəlifəyə bol vədlər vermişdi.

I İlyas xəlifə Səfəvilər dövlətinin və Qızılbaşlar məmləkətinin qurucularından biridir.

I İlyas xəlifə I Şah İsmayılın vəfatından sonra I Şah Təhmasibə xidmət etmişdi və Qaradağda məskunlaşmışdı.

I İlyas xəlifənin I Şəmsəddin xəlifə adlı oğlu vardı.

Mənbə

Ənvər Çingizoğlu. Qaradağlılar. Bakı, "Şuşa" nəşriyatı, 2008. – 160 səh.

Kateqoriya:Sivasda doğulanlar