thumb|300px|Ümumi görünüş. Azadlıq meydanı və ya Opera meydanı (), 1991-ci ilə kimi isə Teatr meydanı () – Ermənistanın paytaxtı İrəvan şəhərinin Kentron rayonunda yerləşən meydan. Meydan İrəvan Opera Teatrı kompleksinin bir hissəsidir, əsas opera binasının cənubunda, opera parkı ilə Qu gölü arasının yerləşir. Respublika meydanı ilə birlikdə Azadlıq meydanı İrəvanın mərkəzindəki iki əsas meydandan biridir. Dörd küçə ilə əhatə olunub: Tumanyan küçəsi, Teryan küçəsi, Sayat Nova prospekti və Maştots prospekti. Yazıçılar Hovannes Tumanyan və Aleksandr Spendiaryanın heykəlləri bu meydanda yerləşir.

Siyasətdə Meydanda tez-tez baş tutmuş nümayişlərə görə Azadlıq meydanı Ermənistanda demokratiyanın simvolu hesab olunur. Meydanın tutumu 40.000, 42.000-45.000, 50.000 nəfərdir.

1988: Qarabağ münaqişəsi Meydan müasir Ermənistan tarixində vacib rola malikdir. 1988-ci ilin fevralından Qarabağ münaqişəsi səbəbilə bu meydanda bir çox nümayiş keçirilmişdir. Nümayişlərin qarşısını almaq üçün 1988-ci ildə Sovet polisləri və ordusu tərəfindən meydan bir neçə dəfə bağlamışdır.

Seçkisonrası etirazlar Ermənistan 1991-ci ildə müstəqilliyini əldə etdikdən sonra antihökumət qüvvələrinin əsas nümayiş məkanına çevrilmişdir (xüsusilə 1996, 2003, 2008 və 2013-cü illərdəki prezident seçkiləri zamanı).

Mübahisəli 2008-ci il seçkilərindən sonra Ermənistanın birinci prezidenti Levon Ter-Petrosyanın minlərlə dəstəkçisi meydanda yığışmış və oturaraq etiraz etmişdir. 1 mart 2008-ci il səhərində dinc etirazçılar polis zorakılığına məruz qalmış və meydan vətəndaşlara bağlanılmışdır. 20 gün boyunca meydan polis və ordunun nəzarəti altında olmuşdur. Meydan 3 il boyunca etirazçılar üçün bağlı olmuşdur. 17 mart 2011-ci ildə Ter-Petrosyanın Ermənistan Milli Konqresi meydanda böyük etiraz aksiyası keçirmişdir.

Yeraltı avtomobil dayanacağı 28 avqust 2008-ci ildə Ermənistan hökuməti ətrafda tıxac yaradan maşınların sayını azaltmaq üçün meydanın altında avtombil dayanacağı tikməyə qərar vermişdir. Layihəni dəstəkləməyənlər tikintinin meydanı məhv edəcəyini iddia etmişdirlər. 500 maşın tutumlu 3 mərtəbəli avtomobil dayanacağı mer Qaqik Beqlaryan və prezident Serj Sarkisyanın iştirakı ilə 24 may 2010-cu ildə açılmışdır. Layihə 10,5 milyon $-a başa gəlmişdir.

Qalereya

İstinadlar

Kateqoriya:İrəvan meydanları Kateqoriya:Ermənistan tarixi