Biszyaşan adası () — Çinin şimal-şərqində, Lyaodun körfəzində yerləşən ada. İnzibati baxımdan Lyaonin vilayəti, Szinçjou şəhər dairəsinə daxildir. Ada adlanması şərti xüsusiyyət daşıyır. Belə ki, çəkilmələr zamanı eni 100 metr, uzunluğu 1,6 km olan dayazlıqla materikə birləşir.
Coğrafiyası Adanın maksimal hündürlüyü 78,3 metrdir. Zirvə sıldırımlıdır. Üzəri meşə ilə örtülüdür. Adanın sahəsi 1,2 km²-dir.
Görməli yerləri Şimalına gözəl mənzərə açılır. Cənubunun ziyarətinə isə qadağa qoyulmuşdur. Zirvədə tikinti işləri aparılır. Turistləri də bura cəlb edən bu zirvədir.
Zirvə adanın sahilində yerləşir. Çəkilmə zamanı bura piyada belə gəlmək mümkündür. Adanın sahilində istirahət məkanları, çimərliklər vardır.
Mənbə
Kateqoriya:Çin adaları Kateqoriya:Sarı dəniz adaları