Maykl Ceksonun son günləri () — 24 may 2018-ci ildə ABC telekanalında yayımlanmış iki saatlıq sənədli film. Xüsusi televiziya buraxılışında Maykl Ceksonun uşaqlığından həyata keçirilməmiş "This Is It" adlı sonuncu konsert turuna kimi olan bütün hadisələrdən, sənətkarın yaradıcılığı və irsindən bəhs edilir. Filmdə sənətkarın əvvəl heç yerdə yayımlanmamış Barbara Uolters və Dayan Soyerlə olan müsahibələrindən, həmçinin yaxınları və dostları ilə olan söhbət yazışmalarından da istifadə edilmişdir. Film 5.56 milyon nəfər tərəfindən canlı izlənilmiş və əsasən mənfi qarşılanmışdır.
Maykl Ceksonun varisləri yayım gününün elan edilməsindən bir gün əvvəl onu tənqid edərək, filmin Maykkl Ceksonun varisləri tərəfindən sifariş və ya sponsorluq edilmədiyini, varislərdən heç bir razılığın alınmadığını və ehtimal ki, onların intellektual hüquqlarının pozulduğunu bildirmişlər.
Rollarda
Maykl Cekson (arxiv kadrları) Karen Faye (arxiv kadrları) Dayan Soyer (arxiv kadrları) Barbara Uolters (arxiv kadrları) Frenk Kaskio (arxiv kadrları) Kris Konnelli Co Cekson (arxiv kadrları) Marqo Cefferson Stiv Knopper Kim Mazell Navi Kenni Orteqa (arxiv kadrları) Rendi Fillips Rayan Smit J. Rendi Taraborrelli Tomi R. Tomi Ture Mayk Uolters
Çıxarılması
Maykl Ceksonun son günləri filminin ilk treyleri 18 may 2018-ci ildə çıxarılmışdır. Film, ABŞ televiziya şəbəkəsi ABC tərəfindən 24 may 2018-ci ildə efirə verilmişdir.
Qəbulu İzləyicilər
Premyera efiri zamanı film, 5.56 milyon nəfər tərəfindən izlənmişdir.
Reaksiyalar
Sənədli film, yer verilmiş çoxsaylı qeyri dəqiqliklərə, papparazilər, tabloid müxbirləri və Popun kralı ilə heç vaxt görüşməmiş insanların fikirlərinə istinad edildiyinə görə həm fanatlar, həm də tənqidçilərin mənfi rəylərini almışdır. Filmdə Ceksonun əziyyət çəkdiyi Vitiliqo xəstəliyinin, körpə yaşlarından atası tərəfindən istismar edilməsi, həyata keçirdiyi humanitar və xeyriyyə fəaliyyətinin tamamilə unudulması tənqid hədəfinə çevrilmişdir.
Məhkəmə işi
Maykl Ceksonun varisləri federal müəllif hüquq pozuntusu iddiası ilə The Walt Disney Company və ABC telekanalını məhkəməyə verərək, iki saatlıq yayım ərzində onlarla müəllif hüququ ilə qorunan materialdan icazəsiz istifadə olunduğunu bildirmişlər.
İstinadlar
Xarici keçidlər
Kateqoriya:ABC xüsusi buraxılşları Kateqoriya:Maykl Cekson Kateqoriya:Xüsusi televiziya buraxılışları Kateqoriya:ABŞ sənədli filmləri Kateqoriya:ABŞ filmləri Kateqoriya:Müğənnilər haqqında sənədli filmlər Kateqoriya:Maykl Cekson haqqında əsərlər Kateqoriya:ABŞ-də televiziya mübahisələri Kateqoriya:Disney qalmaqalları