Düzdidil xanım () — 31. Osmanlı padşahı Sultan Əbdülməcidin üçüncü xanımı.
Həyatı Düzdidil xanım 1825-ci ildə Şimali Qafqazda dünyaya gəlmişdir. Əslən ubıx əsillidir və əsl adı Ayşə Dişan idi. 6 yaşında İstanbula gətirilən Ayşə Osmanlı sarayına təslim edildi. Adı dəyişdirildi və Düzdidil oldu. Dərhal saray təlimi alan Düzdidil piano təhsili də aldı. Nəhayət, 1842-ci ildə Sultan Əbdülməcidlə evləndirildi. Bu nigahdan ard-arda 2 qızı dünyaya gəldi: Cəmilə Sultan və Səmiyə Sultan.
Ancaq çox keçmədən İstanbulda yayılan vərəm epidemiyasına tutuldu və uzun müddət çəkən xəstəliyin ardından 1845-ci ildə vəfat etdi. Cənazəsi Yeni məsciddə dəfn edilmişdir. Ölümünün ardından həyatda qalan yeganə övladı Cəmilə Sultan Sultan Əbdülməcidin digər xanımı Rahimə Pirüstü xanım tərəfindən övladlığa götürüldü.
Övladları
Cəmilə Sultan Səmiyə Sultan (d. 23 fevral 1845 - ö. 18 aprel 1845)
Mənbə
Harun Açba (2007). Kadın efendiler: 1839-1924. Profil. ISBN 978-9-759-96109-1 http://www.wdl.org/en/item/8927/ https://books.google.com/books?id=HuZTefumFSQC M. Çağatay Uluçay (2011). Padişahların kadınları ve kızları. Ötüken. pp. 248–49. ISBN 978-9-754-37840-5 Kateqoriya:Osmanlı sultanlarının xanımları